“2007-2015 Dövlət Proqramı” çərçivəsində 2010-2014-cü illərdə Kanadanın "University of Toronto" ali təhsil müəssisəsində molekulyar tibbi genetika ixtisası üzrə bakalavriat təhsili almış Tibb elmləri namizədi Dayaq Şeyxkərimli 2025-ci il üzrə kimyaterapiya preparatlarını birbaşa xərçəng hüceyrələrinə çatdırmaq üçün istifadə oluna biləcək yenilikçi və perspektivli tədqiqatlarına görə “NRC HL Holmes” mükafatına layiq görülüb. İki ildən bir verilən 200 000 ABŞ dolları məbləğindəki mükafat doktor Dayaq Şeyxkərimliyə iki il ərzində işlərini davam etdirməyə imkan verəcək. Dayaq Şeyxkərimlini bu münasibətlə təbrik edir və gələcək işlərində ona uğurlar arzu edirik.