Maliyyələşmə

Proqram iştirakçısının təhsili ilə bağlı maliyyələşdirilməsi üçün tələb olunan sənədlər:

          Təhsil xərcinin (“Tuition fee”) ödənilməsi üçün:
 

  • Proqram iştirakçısı təhsil aldığı ali təhsil müəssisəsində müvafiq qeydiyyatdan keçdikdən sonra həmin müəssisə tərəfindən ona verilmiş rəsmi blankda çap olunmuş (və ya elektron), imzalanmış və möhürlənmiş təhsil xərci barədə maliyyə sənədini (hesab-faktura) müvafiq qaydada Təhsil Nazirliyinə (elchin.huseynov@edu.gov.az) təqdim etməlidi - nümunə ;

    Aylıq yaşayış xərclərinin ödənilməsi üçün:
     
  • Proqram iştirakçısı aylıq yaşayış xərclərinin ödənilməsinin hesablanması üçün təhsil aldığı xarici ali təhsil müəssisəsi tərəfindən təqdim edilmiş təhsilin başlama və bitmə tarixlərinin (gün, ay və il) göstərildiyi müvafiq səlahiyyətli şəxs tərəfindən imzalanmış və ya möhürlü və üzərində bu sənədin verilmə tarixi əks olunan qeydiyyat  (“enrollment”) sənədi (rus, türk, ingilis dillərindən başqa digər dillərdə olan sənədlər Azərbaycan və ya həmin dillərdən birinə tərcümə edilməklə notarial qaydada təsdiq olunmalıdır) - nümunə;
  • Ümumvətəndaş pasportunun şəkil, ən son Azərbaycandan çıxış və təhsil ölkəsinə giriş möhürü və viza (viza tələb olunan ölkələr üçün) olan səhifələrinin surəti - nümunə;
  • İstifadə olunmuş avia biletin və ya minik talonlarının surəti - nümunə.

 

         Sığorta xərcinin ödənilməsi üçün:
 

  • Sığorta şirkətinin rəsmi blankında proqram iştirakçısının hansı müddət üçün tibbi sığortalanmağına və həmin müddət üçün ödədiyi vəsaitə dair imzalanmış və möhürlənmiş müvafiq maliyyə sənədi (invoys, arayış və s.) - nümunə.

 

Qeyd 1: Tələbə tərəfindən ödənilmiş təhsil haqqı, sığorta xərci, viza xərci və yol xərclərinin tələbənin şəxsi bank hesabına qaytarılması barədə məlumat.
 

Qeyd 2: Yuxarıda göstərilən sənədlərin surətləri Təhsil Nazirliyinin müvafiq elektron poçt ünvanlarına göndərilir, əsilləri isə poçt vasitəsilə nazirliyə təqdim edilir.
 

Qeyd 3: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.