Xərclərin qarşılanması

Proqram iştirakçısı tərəfindən ödənilmiş xərclərin geri qaytarılması (“reimbursment”) üçün müvafiq ərizə formasını dolduraraq imzalamalı və ödənişi təsdiq edən sənədlərlə birlikdə Təhsil Nazirliyinə (elchin.huseynov@edu.gov.az) elektron qaydada təqdim edilməlidir.

Təhsil xərclərinin (tuition fee) qarşılanması üçün tələb olunan sənədlər:

  • ərizə;
  • təhsil haqqının ödədiyinə dair ali təhsil müəssisəsi tərəfindən arayış;
  • ödənişə dair qəbz və ya bank çıxarışı.

 

Sığorta xərclərinin qarşılanması üçün tələb olunan sənədlər:

  • ərizə;
  • sığortanın əhatə etdiyi tarixlərə dair sənəd (tələb olunan halda aybaay çıxarışına dair sənəd);
  • ödənişə dair qəbz və ya bank çıxarışı.

 

Viza xərclərinin qarşılanması üçün tələb olunan sənədlər:

  • ərizə;
  • pasportun əsas səhifəsi ilə yanaşı vizanızın olduğu səhifə (və ya viza kartı);
  • ödənişə dair qəbz və ya bank çıxarışı;

Qeyd: Böyük Britaniyada təhsil alan proqram iştirakçılar üçün viza ödənişinə dair təsdiq edici elektron məktub (confirmation email from the Embassy).

 

Beynəlxalq nəqliyyat xərclərinin qarşılanması üçün tələb olunan sənədlər:

  • ərizə;
  • elektron bilet (üzərində qiyməti əks olunmalıdır);
  • minik talonları.

 

Qeyd: Təqdim edilən sənədlərdə saxtalaşdırma, qanunsuz hazırlama və s. halları aşkarlanarsa, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 320-ci maddəsinin (Rəsmi sənədləri, dövlət təltiflərini, möhürləri, ştampları, blankları saxtalaşdırma, qanunsuz hazırlama, satma və ya saxta sənədlərdən istifadə etmə) 320.2-ci bəndinə əsasən min manatdan iki min manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz saatadək müddətə ictimai işlərlə və ya bir ilədək müddətə islah işləri və ya eyni müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılması üçün aidiyyəti üzrə müvafiq tədbirlər görüləcəkdir.