"2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı" çərçivəsində Azərbaycan gənclərinin 2015-ci ildə xaricdə təhsil almaları məqsədilə müəyyən edilmiş xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətləri:
I dərəcəli prioritet ixtisas istiqamətləri:
- Antropologiya;
- Baytarlıq;
- Biologiya;
- Fizika;
- Kənd təsərrüfatı;
- Kimya;
- Qədim dillər;
- Mühəndislik;
- Riyaziyyat;
- Sənaye;
- Tibb;
- Yüksək texnologiyalar.
II dərəcəli prioritet ixtisas istiqamətləri:
- Ekologiya;
- İqtisadiyyat;
- İnsan resurslarının idarəolunması;
- Mədəniyyət və incəsənət;
- Təhsilin təşkili və idarəolunması;
- Turizm.
Prioritet ixtisas istiqamətləri I və II dərəcəli olmaqla müəyyən edilmişdir və bu il keçiriləcək müsabiqədə əsas üstünlük I dərəcəli ixtisas istiqamətlərinə verilib.