• 23.12.2024
  • 58
"2007-2015 Dövlət Proqramı" məzununun uğuru

“2007-2015 Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Koreya Respublikasnın "Korea Advanced Institute of Science & Technology" ali təhsil müəssisəsində kompüter elmləri ixtisası üzrə bakalavriat təhsili almış Səyyarə Hüseynova  AWAITA 2024 - (Azerbaijan Women in TECH Awards) tədbirində "İlin Mentoru" nominasiyasında qalib seçilmişdir.  Səyyarə Hüseynovanı bu münasibətlə təbrik edir və gələcək işlərində ona uğurlar arzu edirik.