• 31.10.2024
  • 74
"2007-2015 Dövlət Proqramı" məzununun təyinatı

“2007-2015 Dövlət Proqramı” çərçivəsində 2015-2017-cü illərdə Niderland  Krallığının “Maastricht School of Management ” ali təhsil müəssisəsində biznesin idarə edilməsi  ixtisası üzrə magistratura təhsili almış Arslan Hacıyev Elm və Təhsil Nazirliyinin yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin Ümumi təhsilin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Arslan Hacıyevi bu münasibətlə təbrik edir və gələcək işlərində ona uğurlar arzu edirik.