• 29.10.2024
  • 78
"2007-2015 Dövlət Proqramı" məzununun təyinatı

“2007-2015 Dövlət Proqramı” çərçivəsində 2012-2013-cü illərdə Böyük Britaniya və Şimali İrlandiya Birləşmiş Krallığının “University of Glasgow” ali təhsil müəssisəsində turizm ixtisası üzrə magistratura təhsili almış Mehriban Rəsulova Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin İdarə Heyəti sədrinin müşaviri vəzifəsinə təyin edilmişdir. Mehriban Rəsulovanı bu münasibətlə təbrik edir və gələcək işlərində ona uğurlar arzu edirik