“2007-2015 Dövlət Proqramı” çərçivəsində 2012-2017-ci illərdə Türkiyənin “Ondokuz Mayıs Universitesi” ali təhsil müəssisəsində tibb ixtisası üzrə doktorantura təhsili almış Qumral Ələkbərova TƏBİB-in tabeliyində fəaliyyət göstərən “İnnovasiya və Təchizat Mərkəzi”nin Laborator xidmətin təşkili şöbəsinin müdiri vəzifəsinə təyin edilmişdir. Qumral Ələkbərovanı bu münasibətlə təbrik edir və gələcək işlərində ona uğurlar arzu edirik.