• 23.09.2024
  • 90
"2007-2015 Dövlət Proqramı" məzununun uğuru

“2007-2015 Dövlət Proqramı” çərçivəsində 2014-2016-cı illərdə Avstriyanın "The İnternational Anti-Corruption Academy" ali təhsil müəssisəsində  Anti-Korrupsiya elmləri ixtisası üzrə magistratura təhsili almış Kamal Cəfərov Azərbaycan Respublikası Milli Məclisinin vıı çağırışında 68 saylı Sabirabad-Şirvan seçki dairəsi üzrə deputat seçilmişdir. Kamal Cəfərovu bu münasibətlə təbrik edir və gələcək işlərində ona uğurlar arzu edirik.