• 26.07.2024
  • 171
"2007-2015 Dövlət Proqramı" məzununun təyinatı

“2007-2015 Dövlət Proqramı” çərçivəsində 2013-2014-cü illərdə Amerika Birləşmiş Ştatlarında, “Harvard University” ali təhsil müəssisəsində dövlət idarəçiliyi ixtisası üzrə magistratura təhsili almış Bəhruz Balayev Azərbaycan Mərkəzi Bankının sədrinə məsləhətçi vəzifəsinə təyin edilmişdir. Bəhruz Balayevi bu münasibətlə təbrik edir və gələcək işlərində ona uğurlar arzu edirik.