• 18.07.2024
  • 284
"2007-2015 Dövlət Proqramı" məzununun təyinatı

“2007-2015 Dövlət Proqramı” çərçivəsində 2010-2014-cü illərdə Koreya Respublikasının "Korea Advanced Institute of Science and Technology (KAIST)” ali təhsil müəssisəsində bakalavriat təhsil səviyyəsində, 2015-2016-cı illərdə Birləşmiş Krallığın "Imperial College London" ali təhsil müəssisəsində magistratura, 2020-2021-ci illərdə İtaliya Respublikasının "Sapienza University of Rome" ali təhsil müəssisəsində doktorantura təhsil səviyyəsində mühəndislik ixtisası üzrə təhsil almış Orxan Kərimzadə Elm və Təhsil Nazirliyi yanında İctimai Şuraya üzv seçilmişdir. Orxan Kərimzadəni bu münasibətlə təbrik edir və gələcək işlərində ona uğurlar arzu edirik.