• 18.07.2024
  • 331
"2007-2015 Dövlət Proqramı" məzununun təyinatı

“2007-2015 Dövlət Proqramı” çərçivəsində 2010-2011-ci illərdə Almaniyanın "Julius-Maximilians-Universität Würzburg” ali təhsil müəssisəsində Avropa hüququ ixtisası üzrə magistratura təhsili almış Elşad Məmmədli Ədliyyə Nazirliyinin Notariat, qeydiyyat və reyestr baş idarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Elşad Məmmədlini bu münasibətlə təbrik edir və gələcək işlərində ona uğurlar arzu edirik.