• 29.05.2024
  • 197
"2007-2015 Dövlət Proqramı" məzunlarının təyinatı
"2007-2015 Dövlət Proqramı" çərçivəsində xaricdə təhsil almış məzunlar Xankəndi şəhərində fəaliyyətə başlayan Qarabağ Universitetinə fakültə dekanları (proqram rəhbərləri) vəzifəsinə təyin olunub. Belə ki, 2014-2015-ci illərdə magistratura təhsil səviyyəsi üzrə İtaliyanın "Sapienza University of Rome" ali təhsil müəssisəsində təhsil almış Elmar Mustafayev Qarabağ Universitetinin Humanitar və Sosial Elmlər fakültəsinin, 2010-2011-ci illərdə magistratura təhsil səviyyəsi üzrə Amerika Birləşmiş Ştatlarının "Manhattan School of Music" ali təhsil müəssisəsində təhsil almış Türkər Qasımzadə isə İncəsənət fakültəsinin dekanı vəzifəsinə təyin edilmişdirlər.
 
Bu münasibətlə E.Mustafayevi və T.Qasımzadəni təbrik edir və yeni fəaliyyətlərində onlara uğurlar arzu edirik.
Qalereya