"2007-2015 Dövlət Proqramı" çərçivəsində 2013-2014-cü illərdə magistratura səviyyəsində Birləşmiş Krallığın "University of Queen Mary" ali təhsil müəssisəsindən məzun olmuş Mirzə Vahid oğlu Mirzəyev Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Vergi ödəyicilərinin qeydiyyatı və uçotu Baş İdarəsinin rəisi vəzifəsinə təyin edilmişdir. Mirzə Mirzəyevi bu münasibətlə təbrik edir və gələcək işlərində ona uğurlar arzu edirik.