• 11.03.2024
  • 350
"2007-2015 Dövlət Proqramı" məzununun uğuru

“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində Harvard Universitetində “Dövlət idarəetməsi” ixtisası üzrə təhsil almış Röya Talıbova Harvard Universitetinin Kennedi adına Dövlət İdarəetmə İnstitutunda professor olaraq fəaliyyətə başlayıb. Röya Talıbovanı bu münasibətlə təbrik edir və uğurlarının davamlı olmasını arzu edirik.