• 30.10.2023
  • 99
“2007-2015 Dövlət Proqramı” məzunu Elm və Təhsil Nazirliyinin “Məktəbdə” adlı yeni sosial layihəsində iştirak edib

“Məktəbdə” layihəsinin ilk qonağı “2007-2015 Dövlət Proqramı” çərçivəsində 2009-2013-cü illərdə Koreya Respublikasının "Korea Advanced Institute of Science & Technology (KAIST)” ali təhsil müəssisəsində mühəndislik ixtisası üzrə bakalavriat təhsili almış Səyyarə Hüseynovadır. 

S.Hüseynova Qusar rayonu Sərvər Abdulkərimov adına Balaqusar kənd tam orta məktəbinin şagirdlərinin qonağı olub, onlarla birgə maraqlı təcrübə yaşayıb. Bölgələri əhatə edən layihənin məqsədi kənd məktəblilərinin potensialını üzə çıxarmaq, onların təhsilə və öyrənməyə motivasiyasını yüksəltmək, peşə seçimlərinə istiqamət verməkdir. Layihənin əsas məqsədi uşaqlara öz bacarıqlarını kəşf etmək, özlərini daha yaxından tanımaq fürsət yaratmaqdır.

Videonu diqqətinizə çatdırırıq.