• 28.07.2023
  • 444
“2007-2015 Dövlət Proqramı” məzununun Təlim Töhfəsi
“2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı“ məzunlarının ictimaiyyətə tanıdılması, eyni zamanda onların əldə etdiyi bilik və bacarıqların digərləri ilə paylaşılması məqsədilə davamlı olaraq təlimlər keçirilir.
 
5-6 avqust 2023-cü il saat 13:00 tarixində DP məzunu Mehman İsmayıllı tərəfindən keçiriləcək təlim "Riyaziyyatın iqtisadiyyat üzərindəki rolu və tətbiqi: İqtisadiyyatın riyazi sehri" mövzusuna həsr edilib. 
 
Təlimdə iştirak etmək üçün müvafiq keçiddən qeydiyyatdan keçməyiniz xahiş olunur. Onlayn təlimə dair keçid yalnız qeydiyyatdan keçmiş şəxslərə göndəriləcəkdir.
 
Qeydiyyat üçün keçid: https://forms.gle/Lrwy9WAaEPZwksZn9