• 03.06.2022
  • 351
"2007-2015 Dövlət Proqramı" məzununu yaxından tanıyaq
“2007-2015 Dövlət Proqramı” vasitəsilə “dizayn” sözünün yarandığı İtaliyada təhsil almağım fikrimcə təhsilimə və bacarıqlarıma əlavə edə biləcəyim ən uğurlu addım idi.” – DP məzunu Xatirə Hüseynəliyeva
 
X.Hüseynəliyeva “2007-2015 Dövlət Proqramı” çərçivəsində 2014-2015-ci illərdə İtaliyanın “Scuola Politecnica di Design SPD” ali təhsil müəssisəsində magistratura təhsil səviyyəsində “Sənaye dizaynı” ixtisası üzrə təhsil alıb. 
 
Qeyd edək ki, Xatirə xanım dörd illik müəllimlik tərcübəsində dizayn tələbələri üçün loqotiplər, nişanlar, emblemlər və dizayna aid digər vacib məsələlərdən bəhs edən “Loqo dünyası” adlı azərbaycan dilində kitabı nəşr olunub. 
 
Gələcək fəaliyyətində X.Hüseynəliyevaya uğurlar arzu edirik.